Azərbaycanda internetdən istifadə edən uşaqların 85 faizi pis davranışlar və xoşagəlməz təkliflərlə üzləşdiyini bildirib

Media6.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanın 11 rayon və şəhərində yaşayan 6-18 yaş aralığındakı 2018 uşaq arasında sorğu keçirib. Sorğuda iştirak edən uşaqların 35 faizi gündə 5 saatdan çox internetdə olduğunu bildirib.

Sorğuda iştirak edən uşaqların 96 faizi internetdə olduğu zaman “əxlaqazidd məlumatlar” (şəkillər, video görüntülər və s.) ilə qarşılaşdığını qeyd edib.

Sorğu nəticələrinə görə, internetdən istifadə edən uşaqların 85 faizi pis davranışlar və xoşagəlməz təkliflərlə üzləşdiyini bildirib. İnternet istifadəsi zamanı qeyri-etik sözlərlə qarşılaşdığını bildirənlər isə sorğu iştirakçılarının 82 faizini təşkil edir. Zorakılığın və qəddarlığın nümayişinə şahid olan uşaqlar isə respodentlərin 45 faizini təşkil edir.