Sentyabrın 9-11-də Azərbaycanın paytaxtı Bakıda Türk Akademiyası və Türk Dil Qurumunun birgə əməkdaşlığı ilə Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib. Görüşdən sonra ortaq türk əlifbası təklifi ilə bağlı razılığın əldə olunduğu açıqlanıb. Açıqlamadan sonra Ortaq türk əlifbasının necə olacağı, neçə hərf olduğu kimi suallar gündəmə gəlib.
Latın hərflərinə əsaslanan 34 hərfdən ibarət ortaq türk əlifbası türk dövlətləri arasında ünsiyyəti asanlaşdırmaqla mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır. Əlifbadakı hər bir hərf türk dünyasının fərqli ləhcələrinə və dil ehtiyaclarına uyğunlaşdırılıb.
Mövzu ilə bağlı görüşdən sonra verdiyi açıqlamada, "Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olundu. Təklif olunan əlifbadakı hər bir hərf türk dillərində fərqli fonemləri təmsil edir. ." Bundan əlavə, görüşün uğurla başa çatmasının tarixi əhəmiyyətinə diqqət çəkilərək, “Ortaq türk əlifbasının inkişafı türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığa təkan verməklə yanaşı, onların dil irsini də qoruyur” kimi dəyərləndirilib.