Azərbaycanda daha bir nəfəri ildırım vurdu

APA-nın məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Quliyevi həmin küçədə ildırım vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Tovuz rayonunda yeniyetmə faciəli şəkildə həlak olub.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.

Nəticədə yeniyetmə həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.