Beynəlxalq Məlumat Korporasiyası (IDC) qlobal smartfon satışlarının 2024-cü ilin ikinci rübündə əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 285,4 milyon ədədə çatdığını bildirib.
Hesabatda qeyd olunub ki, satışlar ardıcıl dördüncü rübdə artsa da, bəzi bazarlarda çətinliklər davam etdiyindən tələbatda tam bərpa olmayıb. Smartfon istehsalçıları qiymətə həssas istehlakçıları cəlb etmək və daha böyük bazar payını ələ keçirmək üçün süni intellektə müraciət ediblər.
Hesabatda, bu il bazar payının yüzdə 19-a çatması gözlənilən süni intellektli smartfonların yaratdığı həyəcan sayəsində smartfon bazarında böyük gözləntilərin olduğu ifadə edildi. IDC məlumatlarına görə, ikinci rübdə 18,9 faiz bazar payı ilə “Apple” ikinci, “Xiaomi” 14,8 faizlə üçüncü, “Vivo” isə 9,1 faizlə dördüncü yerdə qərarlaşıb. Oppo 9 faiz bazar payı ilə beşinci yerdə qərarlaşıb.
Keçən illə müqayisədə ikinci rübdə “Apple”ın smartfon satış həcmi 1,5 faiz, “Samsung”unki 0,7 faiz, “Xiaomi”ninki 27,4 faiz, “Oppo”nun satış həcmi isə 1,8 faiz artıb.