Media6.az xəbər verir ki, TÜRKSOY Baş Katibliyinin konfrans zalında keçirilən tədbirə yerli və xaricdən çoxlu sənətsevər və dövlət xadimi qatılıb.
Tədbiri giriş sözü ilə açan TÜRKSOY-un baş katibi Sultan Raev xalq artisti Cahangir Novruzovu 70 illik yubileyi münasibətilə təbrik edib, Cahangir Novruzovun sənətkar şəxsiyyətini yüksək qiymətləndirib.
Çıxışına davam edən Raev teatrı bütün təsviri sənətlərdən fərqləndirən bir cəhətinin olduğunu, mədəniyyətin teatr vasitəsilə ötürülməsinin, gənc nəsillərdə təsirli mədəni yaddaşın yaradılmasının mümkünlüyünü bildirib və Novruzovun həm Azərbaycanda, həm də Türkiyədə bir çox sənətkarlar yetişdirmiş mühüm sənətkar olduğunu vurğulayıb. Baş katib Raev çıxışının sonunda "Cahangir Novruzov Türk Dünyası sənətinə öz təsirini göstərmiş, düşüncə məktəbinə çevrilmiş mühüm sənətkarımızdır. İnşallah, ömrünün uzun illərini bu dam altında qeyd edəcəyik"." deyə qeyd edib.