Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır

2024-cü il yanvarın 1-dən sentyabrın 22-dək Afrikada 31,427 şübhəli və ya təsdiqlənmiş meymunçiçəyi xəstəsi, bu xəstəlikdən 844 ölüm halı müəyyən edilib.

Media6.az xəbə verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Eyni zamanda, sentyabrın 16-dan 22-dək yoluxma sayı 2 085 nəfər artıb, o cümlədən 34 nəfər ölüb. Həftə ərzində 402 yoluxma faktı laboratoriyada təsdiqini tapıb.

İlin əvvəlindən epidemiyanın episentri olan Konqo Demokratik Respublikasında meymunçiçəyi virusuna 27,103 şübhəli və ya təsdiqlənmiş yoluxma müəyyən edilib, 838 xəstə dünyasını dəyişib. Ümumilikdə, 2022-ci il yanvarın 1-dən 2024-cü il avqustun 31-dək 123 ölkədə 106 310 təsdiqlənmiş meymunçiçəyi hadisəsi, o cümlədən 234 ölüm halı qeydə alınıb.

Virusun yayılması Ümumdünya Səhiyyə Təşkilatını ən yüksək xəbərdarlıq səviyyəsi olan beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (Usppi) elan etməyə vadar edib. Eyni zamanda, Konqoda ən yüksək xəbərdarlıq səviyyəsi elan olunub.