EBU-nun Göteborg Post qəzetinə verdiyi açıqlamada, mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlərin dayandırılacağı və onların Fələstin bayraqları və ya pankartları götürüləcək.
İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirakına Malmödə etiraz ediləcəyi bildirilib.
Açıqlamada “Soyqırımsız Mahnı Yarışması” adı altında keçirilən etiraz aksiyasında yerli sənətçilərin də çıxış edəcəyi qeyd edilib.
İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin müşaviri Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib.
Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini bildirib.