ABŞ-da yerə pul tökülməyib. Çox çətin, əziyyətli və darıxdırıcı bir həyat var.

Xəzər-Lənkəran" Futbol klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov öz facebook hesabında green card nəticələri ilə bağlı paylaşım edib. 
 
Bir daha “has not been selected”ləri təbrik edirəm. Amerikaya köçüb özünü sındırmamaq üçün ordan bura “hər şey bombadır” təəsüratı yaradaraq sizə qaz verənlərin tırkasına getməyin və getməyin. Bir şeydən əmin olun ki, ABŞ-da yerə pul tökülməyib. Çox çətin, əziyyətli və mənə görə darıxdırıcı bir həyat var Amerikada. 
 
Gedirsinizsə birmənalı olaraq unudun rahat həyatı. Təbii ki, gedənlər arasında 6-7 faizlik çox gözəl karyera, biznes və yaşam əldə etmək ehtimalınız da var. Əlbəttə ki, buna çoooox ciddi hazırlaşmısınızsa və potensialınız varsa. Allah sizi “has been selected” edibsə, Somalidə də müvəffəq olarsınız.
 
Media6.Az həmin paylaşımı təqdim edir: