Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib. - Video

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib.

Media6.Az xəbər verir ki, onun meyitinin qalıqları bu gün ailəsinə təhvil verilib.

Şəhidin ailəsinin Bakı şəhərində yerləşən evində keçirilən vida mərasimində ictimaiyyət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak edirlər.

Gülalı Dadaşovun meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.

 

Video görüntüleri təqdim edirik. 

https://youtube.com/shorts/C6VFjvYtU5Q?feature=share