Sabah “ASAN xidmət” işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar mayın 10-dan etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.