“Alatava” serialının yaradıcılarından “Qapı” filminin çəkilişlərinə başlanıb. Kriminal tragikomediya janrında olan filmin xronometrajı 90 dəqiqədir.
Media6.az xəbər verir ki, Yaş həddi 18+ olan film VASH media tərəfindən istehsal olunacaq. Filmin mövzusuna əsasən imkanlı bir iş adamının evində xadimə işləyən qadın bir gün oradan oğurluq etmək qərarına gəlir. Özünün bu işdə əli olmasını istəməyən qadın işə qardaşı və xalasıoğlunu göndərir. Onlar qapını açıb içəri daxil olanda qapı xarab olur və evin içində qalırlar. Evin 13-cü mərtəbədə olması qaçışın da olmaması deməkdir.
Çəkilişləri davam edən filmin 2024-cü ilin oktyabr ayında Cinemastercard kinoteatrlarında nümayişi nəzərdə tutulub.
Filmin yaradıcı heyəti aşağıdakı kimidir.
İdeya müəllifi: Əlixan Rəcəbov
Rejissor: Vüsal Əhmədzadə
Ssenari müəllifləri: Vüsal Əhmədzadə, Emin Əfəndiyev
Operator: Orxan Məmmədov
Rəssam: Elturan Məmmədov
Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Kəmalə Piriyeva, Taleh Yuzbəyov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Emil Musayev, İlkin Xəlil, Kəmalə Onur
Montajçı: İman İmanov
Prodüser: İbrahim Heydərov
Baş prodüser: Vüsal Əhmədzadə