Çeçenistan rəhbəri Kadirov, oğlunu bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

Media6.az xəbər verir ki, Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov bölgənin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

Bu barədə respublikanın başçısı Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.

"Axmat Kadırov Çeçenistan Respublikasının Bədən Tərbiyəsi və İdman Naziri vəzifəsinə təyin edilib, əvvəllər bu vəzifəni icra edən İsa İbrahimov Çeçenistan Respublikasının hökumət administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib", - o yazıb.