Ermənistanda Rusiyanın "Birinci kanal"ının yayımı bərpa edildi

Ermənistanda Rusiyanın "Birinci kanal"ının yayımı yenidən bərpa edilib.

Bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələmişdi. Bir neçə gün öncə isə Ermənistanda "Birinci kanal"ın yayımı dayandırılmışdı.

Mənbə: RİA Novosti