Ermənistan müxalifəti iyunun 9-da İrəvanda böyük mitinq keçirəcək

Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstyan iyunun 9-da paytaxt İrəvanın Respublika meydanında böyük mitinq elan edib.

Media6.az xəbər verir ki, bu barədə o, yerli xəbər portallarının yayımladığı Müqəddəs Anna kilsəsində məlumat verib.

"Hakimiyyət deyir ki, bizim hərəkatımız zəifləyir. Onda nədən narahat olursunuz? İyunun 9-da saat 18:30-da Respublika meydanında böyük mitinq keçirəcəyik", - o deyib.