"Qarabağ"ın hegemonluğunun qarşısını almaq çətindir" - "Neftçi"nin futbolçusu

“Biz titullar qazanmaq istəyirik. Zəngin ənənələrə və tarixə malik olan “Neftçi” kimi titullu komanda qələbə qazanmaya bilməz. Avrokuboklara vəsiqə qazanmaq istəyirik".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin "GE" portalına açıqlamasında deyib.

 

O, fərdi olaraq yaxşı mövsüm keçirdiyini, ancaq "Neftçi"nin bundan artığını etməli olduğunu biildirib: "Təəssüf ki, bu il avrokuboklardan kənarda qaldıq. Son turda uğursuzluğa düçar olduq. Bizim kimi klub böyük yarışlarda iştirak etməlidir. Mən də mümkün qədər çox matçda oynamaq istəyirəm. Fərdi olaraq mövsüm mənim üçün müsbət keçdi: 30-dan çox oyun keçirdim, 5 qol vurdum və 2 məhsuldar ötürmə verdim. Konfrans Liqasında yaxşı komandalara qarşı oynadıq: bir mərhələni keçdik, amma sonra Türkiyənin “Beşiktaş” klubuna uduzduq".

Matias çempionluq uğrunda “Qarabağ”la mübarizə aparmağın çətin olduğunu deyib:  "Azərbaycan Premyer Liqasında çempionluq qazana bilmədik. Uzun illər ardıcıl çempion olan “Qarabağ” var və bu hegemonluğun qarşısını almaq çətindir. Amma yeni mövsümdə bunun üçün çalışacağıq. Ölkənin ən zəngin ənənəsi olan klub olduğu üçün komandamızı layiqli yerə aparmalıyıq. Klubun böyük hekayəsi var. Biz bunu nəzərə almalı