ABŞ-də daha bir partiya prezidentliyə namizədini irəli sürdü

ABŞ-nin Yaşıllar Partiyası həkim, ekoloji fəal, Ukraynaya hərbi və maliyyə yardımı göstərilməsinin əleyhdarı Cil Steyni ölkə prezidentliyinə namizəd kimi irəli sürüb.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu qərar "YouTube"da yayımlanan partiya qurultayının yekunlarına əsasən qəbul edilib.

Tədbir videokonfrans formatında keçirilib. Steynin namizədliyini 267 nəfər dəstəkləyib.

74 yaşlı Steyn artıq 2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb və o zaman bir faiz səs toplaya bilib.

Qeyd edək ki, hazırda ABŞ prezidentliyinə başlıca namizədlər Demokratlar partiyasından hazırki vitse-prezident Kamala Harris, Respublikaçılardan isə eks-prezident Donald Trampdır.

ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.