İran prezidenti M.Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə görüşəcək

 

Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, iki prezidentin görüşü zamanı Rusiya ilə müqavilənin imzalanması da baş verə bilər. "Hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Kazanda keçiriləcək BRİKS sammitində və ya daha sonra prezidentlərin ayrıca görüşündə imzalana bilər", - diplomat, TASS-a müsahibəsində deyib.