Platon, sadəcə Antik Yunan fəlsəfəsinin deyil, bütün bir fəlsəfə tarixinin ən böyük filosoflarından biri olmuşdur. Bunun təməl səbəblərindən biri, onun bütün ünsürləri bir-birilə əlaqəli olan ilk böyük fəlsəfi sistemi qurmuş olmasıdır. İkinci bir səbəb, onun müəllimi Sokrat və tələbəsi Aristotel ilə birlikdə Sokratik ənənə adı verilən düşüncə ənənəsinin qurucu nümayəndələrindən biri olaraq özünü göstərməsidir. Bu ənənənin ən vacib xüsusiyyəti heç şüphəsiz ki, onun varlıq-bilik ve digər müstəvilər üzərindən düşüncə sistemi inkişaf etdirməsidir. Platonun təcəssümündə əsas rol oynadığı bu ənənə, varlıq sahəsində teolojik dünyagörüşü adı verilən kainat dizaynı, təməlində maddi olmayan bir gücün var olduğunu və var olan hər şeyin bir funksiya ya da məqsədlə bəzənmiş olduğu üzvi bir varlıq anlayışı ortaya qoymuşdur. Eyni ənənə, digər tərəfdən Yeni dövrə, yəni müasir elmin yaranmasına qədər təsirini davam etdirəcək bir biliyə baxış, ilk səbəbləri olduğu qədər, son və formal səbəbləri də bilməyin vacibliyini göstərən rasionalist bir bilik anlayışı yaratmışdır.
Platonun demokratiyaya qarşı çıxması və ya aləmləri ikiyə ayırması heç də sosial şəraitdən azad şəkildə düşünülmüş deyildir. Platona qədər davam edən fəlsəfə tarixinin və əsasən Sokratın demokratik bir polisdə ölümə məhkum edilməsi, Platon fəlsəfəsinin əsas çıxış nöqtəsidir. Antik Yunan fəlsəfi fikrində ontoloji olaraq varlığın mükəmməl olması düşüncəsi, o varlığın hərəkətsiz olması demək idi, çünki mükəmməl varlığın hər hansısa bir dəyişikliyə ehtiyacı yoxdur. Presokratik fəlsəfəyə nəzər yetirsək, bu yanaşmamızla uyğunlaşan və zidd fikirlər söyləyən iki filosofa rast gələ bilərik. Bunlar sırası ilə Parmenid və Heraklit olmuşdur. Bu düşüncələrin birliyi olaraq fəlsəfəsini sistemləşdirən məhz cari olaraq bəhs etdiyimiz filosof Platon olmuşdur. Burada təməl olaraq bəhs etmək istədiyim mövzu, Platonun “İdeyalar aləmi/dünyası”nın hərəkətsiz olması (çünki ideyalar mükəmməldir) və “Əşyalar aləmi/dünyası”nın hərəkətdə olmasının və bu cür metafizikanın yaranmasında fəlsəfə tarixinin və sosial şəraitin önəmini göstərməkdir.
Platon teolojik baxış bucağı ilə insanı əsas olaraq ruhsal (mənəvi) ölçüsü üzərindən təsvir etmişdir. Başqa cür ifadə etsək, insanın yaradılışında, əvvəlcə ruhu və ruhun təməl məqsədlərini müşahidə edir. Belə ki, ona görə “İnsan”, özündəki hər şeyi müəyyən bir məqsədlə və ağıl üçün təşkil edilmiş bir bədənlə mühasirəyə alınan bir ruhun ən təməl parçası olaraq ağıl ya da zəka olmaq vəziyyətindədir (A.Cevizci, İlkçağ felsefesi, 225). İnsan ruhu, təfəkkürdə ola bilmək, kainatı bilə bilmək, özünü əxlaqi məqsədləri nəznində test edə bilmək üçün hisslərə və duyğulara ehtiyacı vardır. Platon, bu səbəbdən onun yaradılışında ilk sıranı başa verir (çünki ağıl və ya zəka adlandırdığımız predmet insanın başında yerləşir). Platon ədaləti təsis etdiyi dövlətində olduğu kimi, insanlarda olan cövhərləri ayırd etdiyi kimi, insan bədənini də 3 hissəyə bölmüşdür: baş, gövdə və qarın. Bunlardan ən qüsursuzu başdır, çünki ağılın var olduğu yer olaraq qəbul edilir. Gövdə özünü hərəkət etdirib ona xidmət edəcək əl və ayaqlara sahibdir. Sinə yüksək ehtirasların mərkəzi olub, Platona görə bu ehtiraslar ağıla tabe olsunlar deyə başın aşağısına qoymuş və onları boyunla ayırmışdır. Lakin kobud, aşağı istək və arzular, diafraqma ilə yüksək ehtiraslardan ayrılaraq qarında var olurlar. Bu aşağı səviyyəli arzu, ehtirasların, ağlın, hətta yüksək ehtirasların tabeliyi altına alınmağı üçün, Demiourgos (dizayn edən tanrı, fəal səbəb) bədənin bu qisminə düşüncələrin xəyal və ya sürətlərini bir güzgü kimi əks etdirməsinə yarayan dümdüz və parlaq bir orqan olaraq qaraciyəri yerləşdirmişdir (Tim. 70a-c).
İnsanların doğuşdan etibarən 3 cövhərlə var olduğunu (bu eyni zamanda insan ruhunun bölünməsidir) və eynilə də bu cövhərlərin insan bədənində olan ayırd etdiyimiz 3 bölgə ilə əlaqəli olduğunu qeyd etmişdir. Bunlar a) filosoflar (qızıl) b) mühafizəkarlar, döyüşçülər (gümüş) c) kəndlilər (tunc).
Filosof "Phaedrus" dialoqunda verdiyi təsvirində bir at arabası yəni faytondan istifadə edir və burada 2 atın (birinin ağ digərinin isə qara olduğunu qeyd edir) və faytonu idarə edən faytonçunun olduğunu qeyd edir. Təsvirə görə insan ruhunu iki at çəkməkdədir: bunlardan ağ olanı gözəlliyi, yuxarıda bəhs etdiyimiz yüksək zövqləri və ehtirasları, qara at isə aşağı zövqləri və ehtirasları təmsil edir. Lakin faytonçu məhz nousu, yəni öncədən qeyd etdiyimiz ağıldır. Mütəfəkkirin qeyd etdiyi əsas nöqtədə məhz budur, insan ağlı (nous) həm qara atı həm də ağ atı idarə etməlidir.