Filippinin şimal-şərqində “Trami” tropik fırtınası daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.
Fırtına nəticəsində ölənlərin sayı 85-ə yüksəlib, 5,7 milyon insan isə fırtına səbəbindən evlərini tərk edib.
“Manila Times” qəzetində yer alan xəbərə görə, Mülki Müdafiə Ofisinin verdiyi açıqlamaya əsasən, 85 nəfər həyatını itirib.
Məlumata görə, ölən və yaralananların sayı daha da arta bilər. Fırtına səbəbiylə 27 mindən çox evin zərər gördüyü açıqlanıb. 520 yolu və 84 körpünü də sel uçurdub.
Rəsmi məlumata görə, fırtına nəticəsində kənd təsərrüfatı sahələrinə və infrastruktura da ciddi ziyan dəyib.
Mənbə/ APA