"Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək", deyə Azərbaycan XİN-in rəəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.
Ermənistan XİN də bu məlumatı təsdiq edib.
Bir müddət əvvəl Qazaxıstan XİN-in nümayəndəsi Astananın görüşdə vasitəçi olmadığını, yalnız danışıqlar üçün platforma təqdim etdiyini açıqlayıb.