Media6.Az AZƏRTAC"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qanuna əsasən 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.