ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi

ABŞ səfiri Linn Treysi Rusiyanı müəyyən müddətə tərk edib.

Media6.az  Oxu.az" a istinadən xəbər verir ki, Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində məlumat verib.

“Bəli, bildiyimiz qədəri ilə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib”, - deyə o, ABŞ diplomatik missiyasının rəhbərinin həqiqətən də indi Moskvada olub-olmaması barədə sualı cavablayarkən bildirib.

“Bu barədə bizə səfirlərin dəvət edilməsi məsələsinin (Rusiya Prezidentinin andiçmə mərasiminə - red.) tam şəkildə həll olunmasından bir müddət əvvəl Xarici İşlər Nazirliyindən məlumat verilib”, - deyə Sergey Ryabkov qeyd edib.

“Bizdə Rusiyada ABŞ-nin müvəqqəti işlər vəkili var, ona görə də belə başa düşürəm ki, həmçinin Dövlət Departamentinin dünənki mesajından da məlum olduğu kimi, bugünkü mərasimdə onun iştirakı nəzərdə tutulmayacaq”, - deyə o əlavə edib.