İstanbul Hava Limanında maraqlı əməliyyat: Uşaq arabasından 73 kilo külçə qızıl çıxdı

Dubaydan gələn iki İsrail vətəndaşı İstanbul hava limanında uşaq arabasında gizlədilmiş 73 kilo külçə qızılı qaçaqmalçılıq yolu ilə Türkiyəyə keçirmək istəyərkən polisin diqqəti nəticəsində yaxalanıb. Polis şübhəli sərnişinin körpəsini sevmək bəhanəsi ilə uşaq arabasını yoxlayıb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

İstanbul Hava Limanı Polis İdarəsi İstintaq Bürosu qrupları aprelin 21-də Dubaydan gələn M.Q. və A.K-nı yaxından izləyib. İsrailli sərnişinlərin təyyarədən enməsi və gömrük ərazisindən çıxışı təhlükəsizlik kameralarının köməyi ilə saniyə-saniyə izlənilib. Beynəlxalq Terminal Baş Sərnişin Qapısından çıxan İsrailli sərnişinlər polis qrupları tərəfindən dayandırılıb. Şübhəlilərdən biri A.K. Digər sərnişin M.Q isə göndərildiyi məhkəmə orqanları tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. O, həbs olunaraq həbsxanaya göndərilib.

 

Mənbə: İxlas Xəbər Agentliyi