"Squid game"in yayım tarixi bəlli oldu

Cənubi Koreyanın məşhur "Squid game" serialının ikinci mövsümü dekabrda işıq üzü görəcək.

Media6.az Axşam.az-a istinadən  xəbər verir ki, bu barədə "Business Insider" nəşrinə ekran işinin baş rol aktyoru Li Cjon Cje məlumat verib.

Layihənin ikinci mövsümünü də rejissor Hvang Donq Hek lentə alıb.

Qeyd edək ki, "Squid Game"in ilk mövsümü 17 sentyabr 2021-ci ildə "Netflix"də yayımlanıb. Dünya miqyasında fenomen olan ekran işi "Netflix" tarixində ən çox baxılan serial olaraq qalır.