Qvardiolaya 10 illik müqavilə təklif etmək istəyirlər

İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi baş məşqçisi Xosep Qvardiolaya on il müddətinə yeni müqavilə təklif etmək niyyətindədir.

"Qafqazinfo" istinadən xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, “Siti”nin bossları Qvardiolaya təzyiq etməyəcək və onun hər hansı qərarını qəbul edəcəklər.

Qeyd edək ki, “Mançester Siti” bir neçə gün öncə İngiltərə Premyer Liqasının çempionu olub.