Mübariz Mənsimov “Xəzər Lənkəran” klubuna ilkin olaraq 5 milyon manat ayırmağa hazır olduğunu bildirir

Klubun sahibi Mübariz Mənsimovun bunun üçün ilkin olaraq 5 milyon manat ayırmağa hazır olduğu bildirilir.

Hətta klubun adı və loqosunda kiçik dəyişikliklərin edildiyi, bu barədə yaxın gələcəkdə ictimaiyyətə açıqlama veriləcəyi deyilir.

Mənbənin bildirdiyinə görə, Mənsimov bu dəfə qardaşı Mais Mənsimova və onun ətrafına etimad göstərməyəcək.

Müəyyən rəsmi problemlərin həll olunacağı təqdirdə klub I və ya II liqada çıxışa başlaya bilər.

 

Mənbə: “Futbolpress.az”