İngiltərənin "Aston Villa" klubu loqosunu dəyişib

İngiltərənin "Aston Villa" klubu yaranmasının 150 illik yubileyi münasibəti ilə loqosunu dəyişib.

Media6.az xəbər verir ki, Birminqem təmsilçisi loqonu əvvəlki vəziyyətinə qaytararaq dairəvi gerbdən imtina edib.

Qeyd edək ki, 1874-cü ildə yaradılan "Aston Villa" klubu cari mövsümü Premyer Liqada 68 xalla 4-cü sırada bitirib.